
Xatırlatma özü gedir
Sabahkı pasiyentlərə SMS 11:00–20:00 arası avtomatik gedir. Axşam gec yazılana — səhər 08:00-da.
Android və iPhone · 4 dil
Qəbulu saniyələr içində yazın. Xatırlatma SMS-i pasiyentə özü gedir, pasiyent bir toxunuşla «Gələcəm» və ya «Gələ bilmirəm» deyir — cavabı dərhal proqramda görürsünüz.

Daha az boş saat. Daha çox qəbul.

Sabahkı pasiyentlərə SMS 11:00–20:00 arası avtomatik gedir. Axşam gec yazılana — səhər 08:00-da.

SMS-dəki linklə bir toxunuş: «Gələcəm» və ya «Gələ bilmirəm». Cavab dərhal proqramda görünür.

Gəlməyəcək pasiyentin saatını əvvəlcədən bilir və başqasına verirsiniz.
Bütün qəbullar bir baxışda, hər həkimə ayrıca sütun.
Gəliş tarixçəsi, qeydlər və reseptlər; resepti WhatsApp ilə göndərin.
İstəsəniz xatırlatmanı öz WhatsApp-ınızdan göndərin — mətn hazırdır.
Aylıq qəbullar, yeni pasiyentlər, reseptlər və gəlir; PDF hesabat.
Pasiyent məlumatları AES-256 ilə şifrəlidir; PIN, barmaq izi və Face ID kilidi.
Həkim və assistent hər telefonda eyni qəbulları görür.
Hesabı biz açırıq — yazın, qısa göstəriş edək.